Sidneydə törədilən terror aktının icraçıları ata və oğul olub

Sidneydə törədilən terror aktının icraçıları ata və oğul olub

Hazırda oxunan: Sidneydə törədilən terror aktının icraçıları ata və oğul olub

585556

Xəbər verdiyimiz kimi, Avstraliyanın Sidney şəhərində çimərlikdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 42 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, Yeni Cənubi Uels ştatının baş naziri Kris Minns bildirib ki, bazar günü Bonday-biçdə baş verən terror aktı nəticəsində yaşı 10-dan 87-yə qədər olan 16 nəfər həyatını itirib.

Hücumu həyata keçirən iki nəfərdən biri hadisə yerində öldürülüb, digəri isə ağır, lakin stabil vəziyyətdə xəstəxanadadır.

Yeni Cənubi Uels polisinin komissarı Mel Lanyon üçüncü şübhəlinin axtarılmadığını açıqlayıb:

“Deyə bilərəm ki, biz başqa bir cinayətkar axtarmırıq. Dünənki insidentdə iki hücumçu iştirak edib”, – deyə o bildirib.
 

ABC telekanalının mənbələrinin məlumatına görə, hücum edənlər 50 yaşlı ata və onun 24 yaşlı oğlu olub. KİV-in yazdığına görə, onlardan birinin adı Navid Əkrəmdir.


Polis komissarı əlavə edib ki, hadisə yerində iki ədəd “adi” partlayıcı qurğu aşkar edilib. (Mənbə: interfax.ru)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO