Tramp Tailand və Kambocanı hədələdi: “Əgər müharibəyə başlasanız...”

Tramp Tailand və Kambocanı hədələdi: “Əgər müharibəyə başlasanız...”

Hazırda oxunan: Tramp Tailand və Kambocanı hədələdi: “Əgər müharibəyə başlasanız...”

585407

ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında düşmənçiliyin dayandırılmaması təqdirdə, bu ölkələrin hakimiyyətini onların məhsullarına yeni tariflər tətbiq etməklə hədələyib.

Bizim.Media xəbər verir ki, Amerika lideri bunu “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib.

“Əgər müharibəyə başlasanız, mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm”, - deyə Tramp əlavə edib ki, “bunu məndən başqa heç kim edə bilməz”.

Müsahibə cümə günü qeydə alınıb. Görünür, Tramp həmin gün Tailand və Kambocanın baş nazirləri ilə apardığı telefon danışıqlarına istinad edirdi.

Tramp tariflərin tətbiq edilməsini öz administrasiyası üçün vacib bir xarici siyasət aləti kimi qiymətləndirib. O vurğulayıb ki, ABŞ Ali Məhkəməsi tərəfindən bəzi tariflərin ləğv edilməsi, ölkəsi üçün "dəhşətli" nəticələrə səbəb ola bilər. Lakin Amerika lideri buna baxmayaraq, əlavə tariflər tətbiq etmək üçün hüquqi əsaslar tapacağına əmin olduğunu qeyd edib. ABŞ Ali Məhkəməsi bu məsələyə hələ də baxır.

Dekabrın 7-də Kamboca-Tailand sərhədi boyunca silahlı toqquşmalar baş verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO