“Ukrayna ilə Rusiya arasında sülh uzaqda deyil” - Ərdoğan

“Ukrayna ilə Rusiya arasında sülh uzaqda deyil” - Ərdoğan

Hazırda oxunan: “Ukrayna ilə Rusiya arasında sülh uzaqda deyil” - Ərdoğan

585349

“Ukrayna ilə Rusiya arasında sülh uzaqda deyil və biz bunu görürük. Əsas məsələ sülh istiqamətində səyləri davam etdirməkdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.
 

Ərdoğan qeyd edib ki, Qara dəniz qarşıdurma zonasına çevrilməməlidirI “Hadisələrin bu istiqamətdə inkişafı heç bir fayda gətirməz, yalnız Rusiyaya və Ukraynaya zərər vurar. Qara dənizdə təhlükəsiz gəmiçiliyə bütün tərəflərin ehtiyacı var və bu, mütləq təmin edilməlidir”.


Türkiyə lideri Rusiya Prezidenti Vladimir Putinlə Aşqabadda keçirilən görüşünü çox məhsuldar və hərtərəfli adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO