Gələn ilin əvvəlində Qəzzada sülhməramlı kontingent yerləşdiriləcək

Gələn ilin əvvəlində Qəzzada sülhməramlı kontingent yerləşdiriləcək

Hazırda oxunan: Gələn ilin əvvəlində Qəzzada sülhməramlı kontingent yerləşdiriləcək

584831

ABŞ 2026-cı ilin əvvəlinə qədər Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı adını açıqlamadığı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqton münaqişə ocağını hərbi kontingentlə təmin etmək üçün bir neçə ölkə ilə danışıqlar aparır.
 

"Biz 2026-cı ilin əvvəlində birinci mərhələdə bir və ya iki ölkənin iştirakı ilə Qəzzada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini gözləyirik. Həmin qüvvələr Qəzza zolağının Fələstinin HƏMAS hərəkatının nəzarətində olan ərazilərində yerləşdirilməyəcək", - deyə telekanalı məlumatlandıran mənbə bildirib.


Xəbərdə bildirilir ki, ABŞ-nin missiya komandanlığında iştirakı məsələsi hələ də müzakirə olunur.

"Biz bir neçə ölkə ilə, o cümlədən ərəb dövlətləri ilə sülhməramlı qüvvələrin formalaşmasına dair danışıqlar aparırıq. Bu məsləhətləşmələrə kontingentin tərkibi, komanda strukturu, yerləşdirmə prosesi, döyüş qaydaları və logistika ilə bağlı məsələlər daxildir", - deyə ABŞ rəsmisinə istinadən telekanal bildirib.
 

"Əl-Cəzirə"ni məlumatlandıran mənbə ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planının ikinci mərhələsinə keçmək üçün danışıqların gedişinə də toxunub. O, prosesin bağlı qapılar arxasında getdiyini və mövcud çətinliklərə baxmayaraq, irəliləyişlərin olduğunu söyləyib.


Bildirilib ki, Vaşinqton anklav sakinlərindən ibarət Qəzza polis qüvvələrinin formalaşdırılması üzrə məsləhətləşmələrdə də iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO