Xəbər verdiyimiz kimi, Rusiyanın dron hücumu nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının milyardlarla avroya başa gələn yeni qoruyucu günbəzində dəlik yaranıb.
Hücum nəticəsində zədələnən konstruksiya artıq radiasiyanı lazımi səviyyədə bloklama funksiyasını yerinə yetirə bilmir.
Bunun da nəticəsində ətrafa radiasiya sızması ehtimalını yüksəldib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) qurğunun genişmiqyaslı təmirə ehtiyacı olduğunu bəyan edib. BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, yoxlama qrupunun qiymətləndirməsinə görə, struktur əsas təhlükəsizlik və radiasiya izolyasiyası funksiyalarını itirib, lakin daşıyıcı elementlər və monitorinq sistemləri ciddi zərər görməyib. Onun sözlərinə görə, bəzi müvəqqəti təmir işləri aparılsa da, uzunmüddətli nüvə təhlükəsizliyi üçün geniş bərpa zəruridir.
MAQATE sarkofaqın qoruyucu strukturlarının bərpasını və gücləndirilməsini davam etdirməyi tövsiyə edib.
Çernobıl AES-in müdafiə günbəzinin dağılması fonunda görəsən hansı ölkələr radiasiya təhlükəsi altına düşə bilərlər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ekoloq Telman Zeynalov bildirir ki, mövcud vəziyyətdə radiasiya təhlükəsi yaranarsa, geniş bir ərazi risk altına düşəcək:
“Çernobılda hər hansı bir hadisə baş versə, ilk növbədə həmin ərazini məhv edəcək. Çünki bu halda radiasiya təhlükəsi yüksələ bilər ki, bu da ətrafda yaşayan əhalinin radiaktiv şüalanmaya məruz qalmasına gətirib çıxaracaq. Həmçinin, ərazidəki digər canlı aləmin əksəriyyəti də məhv olmaq təhlükəsilə üz-üzə qala bilər. Bu mənada Ukraynada gedən müharibə Çernobıl kimi təhlükəli zonada həmçinin radiaktiv şüalanmanın artması baxımından da təhlükəlidir”.
“Ukraynadan əlavə, Belarus, Rusiya, Polşa, Baltikyanı, hətta Cənubi Qafqaz da risk altındadır”.
Ekspert qeyd edib ki, davam edən müharibə fonunda Çernobıl Atom Elektrik Stansiyasına edilən hər hansı bir zərbə nəticəsində radiasiya təhlükəsi yaranarsa, bu Ukraynadan başqa bir sıra digər ölkələrinin də risk altına düşməsi anlamına gələcək:
“Belə ki, ərazidə baş verən radiasiya təhlükəsi ilk növbədə qonşu Belarus olmaqla, Polşa, hətta Baltik ölkələrinə də öz təsirini göstərəcək. Prosesdən həmçinin, Rusiyanın Ukrayna ilə sərhəd bölgələri, Kursk, Belqorod vilayətləri, o cümlədən Şimali Qafqaz da ziyan çəkəcək. Hətta onun təsirinin Cənubi Qafqazda hiss ediləcəyi də istisna deyil. Çünki Çernobılda yaşanan hər hansı bir yeni təhlükə şüalanmanın 10-20 illərlə davam etməsi demək olacaq. Bu səbəbdən onun mənfi təsirləri ölkəmizdə də özünü göstərə bilər”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
09:00 / 09.12.2025
Çernobılla bağlı HƏYƏCAN TƏBİLİ – Radiasiya bu ölkələrə yayıla bilər
Hazırda oxunan: Çernobılla bağlı HƏYƏCAN TƏBİLİ – Radiasiya bu ölkələrə yayıla bilər
Hazırda oxunan: Çernobılla bağlı HƏYƏCAN TƏBİLİ – Radiasiya bu ölkələrə yayıla bilər
584473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































