Aİ Rusiyanı terrorizmi maliyyələşdirən ölkələrin siyahısına SALDI

Aİ Rusiyanı terrorizmi maliyyələşdirən ölkələrin siyahısına SALDI

Hazırda oxunan: Aİ Rusiyanı terrorizmi maliyyələşdirən ölkələrin siyahısına SALDI

583725

Avropa İttifaqı (Aİ) Rusiyanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi üzrə yüksək risk daşıyan ölkələrin qara siyahısına salıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
 

FATF (Pul yuyulmasına qarşı Maliyyə Tədbirləri İşçi Qrupu) 2023-cü ildə Rusiyanın üzvlüyünü dayandırmışdı, lakin Ukraynanın tələblərinə baxmayaraq ölkəni nə boz, nə də qara siyahıya salmamışdı.


İndi isə Avropa Komissiyası FATF-ın mövqeyindən asılı olmayaraq, Rusiyanı qara siyahıya daxil etmək qərarı verib.

Nəşr yazır ki, bu addım maliyyə qurumlarını bütün tranzaksiyalara qarşı daha sərt yoxlamalar aparmağa məcbur edəcək və hələ də Rusiya ilə bağlı tədbirlər görməmiş bankları riskləri azaltmaq üçün əlavə addımlar atmağa vadar edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO