Tramp ona ölkəni tərk etməsi üçün 1 həftə vaxt veribmiş...

Tramp ona ölkəni tərk etməsi üçün 1 həftə vaxt veribmiş...

Hazırda oxunan: Tramp ona ölkəni tərk etməsi üçün 1 həftə vaxt veribmiş...

583430

ABŞ Prezidenti Donald Tramp ötən ay Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığında ona və ailəsinə təhlükəsiz şəkildə ölkəni tərk etməsi üçün 28 noyabra qədər vaxt verdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi mənbələrə istinadən yayıb.

Təklif olunan müddət bitdikdən sonra Maduro ölkədən çıxmadığı üçün ABŞ Prezidenti Venesuela üzərində hava məkanının bağlanacağını elan edib.

The New York Times-ın da qeyd etdiyi danışıq noyabrın sonunda baş tutub. Miami Herald-ın məlumatına görə, söhbət tezliklə dalana dirənib, çünki tərəflərin mövqeləri ciddi şəkildə fərqlənib. Reuters isə bildirib ki, danışıq 15 dəqiqədən az sürüb.

Mənbələrə görə, ABŞ Venesuela Prezidentinə birbaşa mesaj göndərib: Maduro öz həyat yoldaşı və övladı ilə təhlükəsiz şəkildə ölkəni tərk edə bilər, amma yalnız dərhal istefa verməyə razılaşarsa.

Maduro isə qarşılığında ümumi amnistiya təmin olunmasını və silahlı qüvvələr üzərində nəzarətin saxlanmasını tələb edib — 1991-ci ildə Nikaraquada Prezident Violeta Çamorro ilə baş verənə bənzər bir razılaşma. O, əvəzində Venesuelada azad seçkilər keçirəcəyini vəd etsə də, ABŞ hər iki təklifi rədd edib.

Miami Herald-ın məlumatına görə, üçüncü problem isə müddət olub: Vaşinqton dərhal istefa tələb edib, lakin Karakas razılaşmayıb.

Reuters üç mənbəyə istinadla yazır ki, Maduro həmçinin ABŞ tərəfindən insan haqları pozuntularında, narkotik dövriyyəsində və korrupsiyada ittiham olunan 100-dən çox hökumət məmuruna qarşı tətbiq olunan sanksiyaların götürülməsini tələb edib.

Tramp noyabrın 29-da Venesuela hava məkanını “tamamilə bağlanmış” hesab etmək lazım olduğunu bəyan edib.

Karakas bunu hərbi təhdid kimi qəbul edib. Tramp bildirib ki, bu qərar ABŞ tərəfindən mümkün zərbə demək deyil. O, hava məkanının bağlanmasının səbəbini Venesuelanın “çox da dost ölkə olmaması” ilə izah edib.

Vaşinqton və Karakas arasındakı münasibətlər sentyabrın əvvəllərində ABŞ-ın Karib bölgəsində hərbi mövcudluğunu artırması ilə gərginləşib. Noyabrın ortalarına kimi regiondakı ABŞ əsgərlərinin sayı 15 minə çatıb.

Sonradan ABŞ Venesuelanın “Günəş Karteli” adlı narkokartelini terror təşkilatı kimi tanıyıb. Tramp bildirib ki, bu addım ABŞ-a Venesueladakı obyektlərə zərbələr endirmək imkanı verəcək, amma bunu edəcəyini deməyib. (Mənbə: RBC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO