Avropa İttifaqı 2030-cu ildə Rusiya ilə baş verə biləcək mümkün hərbi qarşıdurmaya hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə MTI agentliyi Macarıstanın xarici işlər naziri Peter Szijjártodan sitat gətirib.
“Aİ-nin strateji sənədlərində qeyd olunur ki, 2029-cu ilə qədər tam döyüş hazırlığına nail olmaq lazımdır. Bu isə Avropa ilə Rusiya arasında 2030-cu ildə müharibənin başlama ehtimalını nəzərdə tutur”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, yaxın illərdə bütün qitədə “alovlanma” riski mövcuddur.
Bizim.Media


























































































