Belarus Litvaya NOTA verdi

Belarus Litvaya NOTA verdi

Hazırda oxunan: Belarus Litvaya NOTA verdi

583362

Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat xidməti məlumat yayıb.
 

Məlumata görə, noyabrın 30-da Litvanın Lazdiyski rayonundan sərhədi keçən və Qrodno şəhərinə düşən təyyarə tipli pilotsuz uçuş aparatının Belarus dövlət sərhədini pozması ilə əlaqədar bu gün müvəqqəti işlər vəkilinə etiraz notası çatdırılıb.


Minsk hadisəni qəsdən törədilmiş təxribat kimi qiymətləndirib.

Həmçinin Belarus tərəfi Litvadan insidentlə bağlı ətraflı məlumat verməyi, araşdırma aparmağı və günahkarları məsuliyyətə cəlb etməyi, həmçinin belə halların təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO