Sakit okeanın Vankuver adası yaxınlığında aparılan tədqiqatlar geoloqlar üçün gözlənilməz prosesləri üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Galaxy" məlumat yayıb.
Alimlər müəyyən ediblər ki, okean dibində yerləşən litosfer qatı Şimali Amerika plitəsinin altında tədricən parçalanır və dərin çatlar əmələ gətirir.
2021-ci ildə keçirilən CASIE21 ekspedisiyası zamanı Lüiziana Dövlət Universitetinin tədqiqatçıları Kaskadiya subduksiya zonasını sismik dalğalar və 15 kilometrlik sualtı sensor şəbəkəsi ilə öyrəniblər. Nəticədə Eksplorer plitəsini təxminən 75 kilometr boyunca iki hissəyə ayıran böyük çat qeydə alınıb.
Mütəxəssislər bildiriblər ki, bəzi hissələrdə plitə 5 kilometrədək aşağı çöküb. Həmçinin bir sıra sahələrdə sismik aktivliyin tam dayanması həmin fraqmentlərin artıq subduksiyada iştirak etmədiyini göstərir. (Teleqraf.az)
Bizim.Media


































































































