Tramp: “Ukrayna ilə danışıqlar yaxşı gedir”

Tramp: “Ukrayna ilə danışıqlar yaxşı gedir”

Hazırda oxunan: Tramp: “Ukrayna ilə danışıqlar yaxşı gedir”

583218

Ukraynada müharibənin sülh yolu ilə başa çatdırılması ilə bağlı Kiyevlə aparılan danışıqlar yaxşı gedir.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında Şükran Günü münasibətilə keçirdiyi istirahətdən Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı razılaşmanın əldə olunması üçün “yaxşı şans” var.

Ağ Evin rəhbəri əlavə edib ki, Floridada keçirilən danışıqlarda ABŞ və Ukrayna nümayəndə heyətləri “ümumi dil tapa biliblər”. 
 

Tramp vurğulayıb ki, Ukraynada münaqişənin həlli ilə bağlı Rusiyaya hər hansı vaxt limiti qoymaq niyyətində deyil.


“Mənim üçün son tarix — müharibə dayanan vaxtdır”, — deyə o, qeyd edib.

Xatırladaq ki, Trampın  xüsusi nümayəndəsi Stiv Uitkoff  ABŞ-ın hazırladığı sülh planını müzakirə etmək üçün dekabrın 2-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Onun bu gün Rusiyaya gəlişi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO