Putin Uitkoffla dekabrın 2-də görüşəcək – GÜNDƏM UKRAYNADIR

Putin Uitkoffla dekabrın 2-də görüşəcək – GÜNDƏM UKRAYNADIR

Hazırda oxunan: Putin Uitkoffla dekabrın 2-də görüşəcək – GÜNDƏM UKRAYNADIR

583198

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşü 2 dekabrda baş tutmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat paylaşıb.

Qeyd olunub ki, Uitkoff artıq 1 dekabrda Moskvaya yola düşəcək.

Xatırladaq ki, 30 noyabrda Mayamidə ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar keçirilib.

ABŞ Dövlət katibi Marko Rubio danışıqları məhsuldar adlandırıb. O həmçinin bildirib ki, Uitkoff Moskvaya gedəcək, çünki Rusiya-Ukrayna münaqişəsinin həllində Rusiya "tənliyin bir hissəsi" olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO