Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, iki Fransa vətəndaşı, 41 yaşlı Sesil Koler və onun 72 yaşlı həyat yoldaşı Jak Paris İranda casusluqda ittiham olunaraq üç ildən çox həbsdə saxlandıqdan sonra azadlığa buraxılıblar. Paris bu ittihamları əsassız adlandırıb.
Bizim.Media xəbər verir ki, Makron bu barədə X platformasında (keçmiş Twitter) yazıb.
O əlavə edib ki, iranlı rəsmilərlə dialoq davam edir və məqsəd azad olunan vətəndaşların ən qısa zamanda Fransaya qayıtmasına nail olmaqdır.
Fransa xarici işlər naziri Jan-Noel Barro isə təsdiqləyib ki, Koler və Paris hazırda Tehrandakı Fransa səfirliyinin rezidensiyasında təhlükəsiz yerdədirlər və evlərinə qayıdacaqları günü gözləyirlər. (CNN)
Bizim.Media





























































































