“Taliban” Nobel mükafatçısını ölümlə hədələdi

“Taliban” Nobel mükafatçısını ölümlə hədələdi

Hazırda oxunan: “Taliban” Nobel mükafatçısını ölümlə hədələdi

57789
“Taliban” terror təşkilatının Pakistandakı qollarından biri pakistanlı gənc qız və hüquq müdafiəçisi Məlalə Yusufzaya Nobel sülh mükafatı verilməsinə sərt etiraz bildirib. 

Musavat.com-un xəbərinə görə, qruplaşma onu “kafirlərin agenti” adlandırıb. Qurumun lideri həmçinin, hədələyici formada bəyan edib ki, onlar “antiislam mövqeyində olanlarla” mübarizəni davam etdirəcəklər. 

Yada salaq ki, “Taliban” 2012-ci ilin oktyabrında Məlaləni güllələməyə cəhd edib. Səbəb də onun hörgütün qız uşaqlarının təhsil almasına qoyduğu yasağa qarşı çıxması olmuşdu. O zaman Məlalənin 17 yaşı var idi. Həmin ilin sentyabrında Pakistan ordusu sui-qəsdin iştirakçılarının həbs edildiyi haqda açıqlama yaymışdı. Saxlanılanlar sui-qəsdin “Taliban”ın Pakistan qolunun rəhbəri tərəfindən sifariş edildiyini boyunlarına almışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO