Tusk: “Ukrayna müharibəni daha iki-üç il davam etdirməyə hazırdır”

Tusk: “Ukrayna müharibəni daha iki-üç il davam etdirməyə hazırdır”

Hazırda oxunan: Tusk: “Ukrayna müharibəni daha iki-üç il davam etdirməyə hazırdır”

577261

Polşanın baş naziri Donald Tusk bəyan edib ki, Ukrayna Rusiya ilə müharibəni daha iki-üç il davam etdirməyə hazırdır, lakin eyni zamanda bu münaqişənin on il çəkə biləcəyindən ehtiyatlanır.

Bizim.Media xəbər verir ki, bu barədə Tusk “The Times” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Kiyev həm insan itkiləri, həm də iqtisadi baxımdan müharibəyə nə qədər dözə biləcəyi ilə bağlı narahatdır.

“Mənim heç bir şübhəm yoxdur ki, Ukrayna müstəqil dövlət kimi qalacaq. İndi əsas sual — bu müharibənin neçə qurban verəcəyi ilə bağlıdır. Ukrayna prezidenti Volodimir Zelenski mənə dedi ki, müharibə on il davam etməyəcək, amma Ukrayna daha iki-üç il döyüşməyə hazırdır,” — deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO