Tramp İsraili hədələdi: “Buna icazə verməyəcəyik!”

Tramp İsraili hədələdi: “Buna icazə verməyəcəyik!”

Hazırda oxunan: Tramp İsraili hədələdi: “Buna icazə verməyəcəyik!”

576861

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə imkan verməyəcək.

Bizim.Media xəbər verir ki, o, bunu “Time” jurnalına müsahibəsində bildirib.

“Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. İsrail indi bunu edə bilməz. Ərəb dövlətlərindən böyük dəstək aldıq. Əgər bu addım atılarsa, İsrail ABŞ-ın bütün dəstəyindən məhrum olacaq”, - deyə Tramp vurğulayıb.

Trampın sözlərinə görə, mümkün ilhaq planı Yaxın Şərqdə sülh təşəbbüslərini və ABŞ-ın ərəb tərəfdaşları ilə münasibətlərini ciddi şəkildə təhlükə altına sala bilər.

Trampın açıqlamasından sonra ABŞ-ın vitse-prezidenti Cey Di Vens də İsrail parlamentində (Knesset) ilhaqla bağlı qanun layihəsinin ilkin mərhələdə qəbulunu “gülünc və siyasi səhv” adlandırıb.

“Bu, axmaq siyasi manevr idi. Mən şəxsən təhqir olundum. ABŞ İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcək. Biz bu səsvermədən narazıyıq”, - deyə Vens bildirib.

O, İsrailə səfəri çərçivəsində Təl-Əvivdəki Kiriya hökumət kompleksində ölkənin müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və kəşfiyyat rəhbərləri ilə görüş keçirib.

ABŞ dövlət katibi Marko Rubio da İsrailə yola düşməzdən əvvəl Knessetin səsverməsini tənqid edib:

“İsrail parlamentinin bu addımı Qəzzadakı sülh razılaşmasını təhlükəyə atır. Prezident Tramp bunu açıq şəkildə dedi: biz bu addımı dəstəkləmirik”.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu Knessetə qanun layihəsini Vensin səfəri zamanı gündəmdən çıxarmağı tövsiyə etsə də, deputatlar layihəni səsverməyə çıxarıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO