İsrailin "Israel National News – Arutz Sheva" radiosunda Azərbaycanın Qəzza bölgəsindəki stabilləşdirmə qüvvələrindəki potensial rolu haqqında məqalə dərc edilib.
Bizim.Media xəbər verir ki, məqalədə deyilir:
“Qəzza müharibəsinin (2023) bitməsindən sonra bölgədə nizam-intizamın və infrastrukturanın bərpası üçün stabilləşdirmə qüvvələrinin yaradılması müzakirə edilir. İsrail tərəfdaş axtarır və Azərbaycan əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.
Mütəxəssislər vurğulayır ki, Azərbaycanın iştirakı strateji, diplomatik və iqtisadi faydalar gətirəcək. “Turan” mərkəzinin eksperti Cozef Epşteyn rəsmi Bakının güclü tərəfdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Professor Zəev Xanin isə qeyd edib ki, Qəzzada baş verən münaqişələr Bakı-Tel-Əviv ittifaqına təsir etməyəcək.
Bildirilib ki, üç onillik ərzində Azərbaycan və İsrail təhlükəsizlik sahəsində sıx əməkdaşlıq qurub, 2020-ci ildə Azərbaycan İsrail silahlarından istifadə edib. Qarabağın bərpası təcrübəsi Qəzza üçün də faydalı ola bilər.
Azərbaycanın sülhməramlı koalisiyada iştirakı müsəlman dünyasında missiyanın leqitimliyini təmin edə və digər tərəfdaşları cəlb edə bilər. Bakı həmçinin fələstinlilərə humanitar yardım göstərir.
Energetika sahəsində SOCAR 2025-ci ildə İsrailin “Tamar” qaz yatağında 10% pay alıb, bu isə enerji və təhlükəsizlik sahələrində strateji birləşmə olaraq qiymətləndirilir.
Analitiklər hesab edirlər ki, Azərbaycanın iştirakı koalisiyanı müxtəlifləşdirməyə, Qərbdən asılılığı azaltmağa və gərginliyin artması riskini azaldmağa kömək edəcək. Missiyanın uğuru hərbi və mülki səylərin effektiv koordinasiyasından asılı olacaq.”
Bizim.Media