Rusiya ordusu 2 ukraynalı jurnalisti öldürdü – FOTO

Rusiya ordusu 2 ukraynalı jurnalisti öldürdü – FOTO

Hazırda oxunan: Rusiya ordusu 2 ukraynalı jurnalisti öldürdü – FOTO

576826

Kramatorskda “Freedom” telekanalının jurnalisti Yelena Qubanova və operator Yevgeni Karmazin həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin yayıb.

Onun sözlərinə görə, jurnalistlər Rusiya istehsalı olan “Lancet” kamikadze dronunun zərbəsi nəticəsində həlak olublar.

“Rusiya Federasiyasının tammiqyaslı işğalının ilk günlərindən etibarən onlar bölgədəki vəziyyəti işıqlandırır, düşmənin cinayətləri, mülki əhalinin təxliyəsi və müdafiəçilərimizin hekayələri barədə həqiqəti çatdırırdılar. Onlar Donetsk vilayətinin ən təhlükəli nöqtələrində çalışır, hər yerdə birincilər sırasında olurdular. Bu, bölgə hamımız üçün ağır itkidir. Ailələrinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm”, deyə o, əlavə edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO