Xəbər verdiyimiz kimi, naməlum şəxslər oktyabrın 18-də Luvr muzeyinə girərək imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlayıblar.
Bizim.Media “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, təmir işləri aparılan məşhur muzeyə üç oğru daxil olub.
Onlar Apollon Qalereyasına girmək üçün yük liftindən istifadə edib, pəncərəni sındırıb və içəri giriblər. Oğrular boyunbağı, broş və bir neçə başqa eksponat da daxil olmaqla doqquz zinət əşyası oğurlayıblar.
Fransanın mədəniyyət naziri Raşida Dati hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.
Artıq sosial şəbəkələrdə cinayətkarların qarətdən sonra Luvrdan necə qaçdıqlarının görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:58 / 23.10.2025
Luvrdan oğurluq edənlər muzeydən belə qaçıblar – ANBAAN VİDEO
Hazırda oxunan: Luvrdan oğurluq edənlər muzeydən belə qaçıblar – ANBAAN VİDEO
Hazırda oxunan: Luvrdan oğurluq edənlər muzeydən belə qaçıblar – ANBAAN VİDEO
576794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.