ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Ryutte ilə Ağ Evdə keçirdiyi görüşdə həm Rusiya-Ukrayna müharibəsi, həm də qlobal təhlükəsizlik məsələləri ilə bağlı bir sıra vacib açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Tramp bildirib ki, münaqişə tərəfləri cəbhə xəttində mövqelərini saxlamalı və döyüş əməliyyatlarını dayandırmalıdırlar. Onun sözlərinə görə, ABŞ sülhün bərpası üçün bütün diplomatik imkanları işə salmağa hazırdır: “Rusiya və Ukrayna hazırkı mövqeləri dondurmalı və müharibəni dayandırmalıdır. Biz müharibənin dayanmasına çalışırıq.”
Prezident həmçinin qeyd edib ki, Putinlə apardığı danışıqlar yaxşı keçsə də, hələlik nəticə verməyib:
“Hər dəfə Vladimirlə danışanda söhbətlərimiz yaxşı olur, amma nəticə olmur”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:20 / 23.10.2025
Tramp: "Hər dəfə Vladimirlə danışanda söhbətlərimiz yaxşı olur, amma nəticə olmur"
Hazırda oxunan: Tramp: "Hər dəfə Vladimirlə danışanda söhbətlərimiz yaxşı olur, amma nəticə olmur"
Hazırda oxunan: Tramp: "Hər dəfə Vladimirlə danışanda söhbətlərimiz yaxşı olur, amma nəticə olmur"
576742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.