Gümrüdə müxalifətçi meri dəstəkləyən 37 nəfər saxlanıldı

Gümrüdə müxalifətçi meri dəstəkləyən 37 nəfər saxlanıldı

Hazırda oxunan: Gümrüdə müxalifətçi meri dəstəkləyən 37 nəfər saxlanıldı

576663

Gümrü meriyası qarşısındakı aksiyadan sonra 37 nəfər saxlanılıb.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan İstintaq Komitəsi yayıb.

Komitənin məlumatına əsasən, həmin şəxslər barəsində kütləvi iğtişaşlarda iştirak və ədalət mühakiməsinə mane olma faktları üzrə cinayət işləri başlanıb.

Onlardan 10 nəfərə qarşı ayrıca ədalət mühakiməsinə maneə törətmə əlamətləri ilə cinayət işi açılıb.
 

Vətəndaşlar müxalif yönümlü Gümrü meri Vardan Qukasyanın saxlanmasına mane olmaq məqsədilə toplaşdıqları üçün saxlanılıblar.


Xatırladaq ki, Gümrü meri Vardan Qukasyan və meriyanın baş memarı rüşvət almaqda ittiham olunurlar. Mer və daha 7 nəfər barəsində cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO