Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, çərşənbə günü Serbiya parlamentinin (Skupşina) binası qarşısında terror aktı baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Veçerne novosti” portalı yazıb.
Mənbə qeyd edir ki, bir nəfər parlament binası qarşısında atəş açıb, nəticədə bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanılıb.
Vuçiç bu barədə kəndlərin dövlət dəstək proqramına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib:
“Bu gözəl tədbiri yarımçıq tərk etməli olduğuma görə üzr istəyirəm. Səbəb Serbiya parlamentin qarşısında baş verən terror aktıdır. Bu gün qalan vaxtımı həmin məsələ ilə bağlı məsələlərin həllinə sərf etməli olacam.”
Prezident Administrasiyası Vuçiçin insidentlə bağlı xalqa müraciət edəcəyini açıqlayıb.
Serbiya Daxili İşlər Nazirliyi isə hələlik rəsmi informasiya yaymayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:18 / 22.10.2025
Serbiyada terror aktı: YARALI VAR - VİDEO
Hazırda oxunan: Serbiyada terror aktı: YARALI VAR - VİDEO
Hazırda oxunan: Serbiyada terror aktı: YARALI VAR - VİDEO
576641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.