Ukrayna dronları Dağıstana hücum etdi – ANBAAN VİDEO

Ukrayna dronları Dağıstana hücum etdi – ANBAAN VİDEO

Hazırda oxunan: Ukrayna dronları Dağıstana hücum etdi – ANBAAN VİDEO

576547

Ukrayna Silahlı Qüvvələri ötən gecə saatlarında Dağıstana hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə respublikanın rəhbəri Sergey Məlikov “Telegram” kanalında yazıb.

“Bu gün Dağıstan ərazisinə Ukraynanın pilotsuz uçuş aparatlarının hücumu baş verib.

Onların hədəfi respublikanın müəssisələrindən biri olub”, – Məlikov bildirib.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir.

Hadisə yerində operativ xidmət əməkdaşları çalışır, – deyə respublika rəhbəri əlavə edib.
 

Məlikov həmçinin xatırladıb ki, bölgədə pilotsuz aparat zərbələri və Müdafiə Nazirliyinin qüvvələrinin yerləşdiyi yerlər barədə məlumatların dərcinə qadağa qoyulub.



Alınan son məlumata görə, Mahaçqaladakı neft emalı zavoduna dronlarla zərbə endirilib.

Nəticədə yaxınlıqda yerləşən ticarət mərkəzi də zərər görüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO