Svyatoslav Timaşev: “Süni intellekt neft və su infrastrukturunun etibarlılığını artırır”

Svyatoslav Timaşev: “Süni intellekt neft və su infrastrukturunun etibarlılığını artırır”

Hazırda oxunan: Svyatoslav Timaşev: “Süni intellekt neft və su infrastrukturunun etibarlılığını artırır”

576375

“Müasir texnologiyaların, xüsusilə süni intellektin (AI), infrastruktur təhlükəsizliyinin təmin olunması və risklərin idarə olunması sahəsində tətbiqi çox effektivdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Nobel Mükafatı Laureatı professor Svyatoslav Timaşev “Risk və Davamlı İnkişaf” adlı beynəlxalq konfransda çıxışı zamanı qeyd edib.

O, bildirib ki, bu texnologiyalar yalnız idarəetməni optimallaşdırmaqla kifayətlənmir, eyni zamanda sistemlərin dayanıqlığını artırır, qəza risklərini minimuma endirir və strateji qərarların qəbulunda mühüm rol oynayır.
 

Professorun sözlərinə görə, süni intellektin tətbiqi xüsusilə neft və qaz boru kəmərlərinin, həmçinin şəhər su təchizatı şəbəkələrinin layihələndirilməsi, real vaxt rejimində diaqnostikası, uzunmüddətli etibarlılıq və təhlükəsizlik qiymətləndirilməsi sahələrində geniş perspektivlər açır.


Qeyd edək ki, konfrans 21-22 oktyabr tarixlərində davam edəcək.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO