Avropa İttifaqının vizasız rejimi ləğv etməklə bağlı təhdidləri ölkəsini qorxutmayacaq, çünki məsələnin digər tərəfində ölkənin sabitliyi və təhlükəsizliyi dayanır.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Nazirin sözlərinə görə, Aİ-nin diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırmaq qərarının hüquqi əsası yoxdur və bu, siyasi motivlərlə atılmış addımdır.
“Heç kim bizi vizasız rejimi dayandırmaqla qorxuda bilməz, söhbət ölkəmizin və övladlarımızın gələcəyindən gedirsə,” – deyə Boçorişvili vurğulayıb.
O, əlavə edib ki, Brüsseldə vizasız gediş-gəliş məsələsindən Tbilisiyə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri davam edir, lakin bu məsələ üzrə Aİ daxilində vahid mövqe yoxdur.
“Avropa İttifaqı vizasız rejimi şantaj alətinə çevirməyə hazır deyil, baxmayaraq ki, bəzi qüvvələr hələ də təzyiq göstərməyin yollarını axtarır,” – deyə nazir bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:35 / 21.10.2025
Boçorişvili: “Aİ-nin təhdidləri bizi qorxutmayacaq”
Hazırda oxunan: Boçorişvili: “Aİ-nin təhdidləri bizi qorxutmayacaq”
Hazırda oxunan: Boçorişvili: “Aİ-nin təhdidləri bizi qorxutmayacaq”
576372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.