Rusiyada RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd cəhdi ilə bağlı istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb.
Mənbə qeyd edir ki, “National Socialism / White Power” adlı neonasist təşkilatın üzvləri Simonyanı 50 min dollar müqabilində öldürməyə razılaşıblar.
İstintaq versiyasına əsasən, cinayətin təşkilatçısı Mixail Balaşov olub. O, birgə hərəkət etdiyi şəxs ilə birlikdə Simonyanın hərəkət marşrutları barədə məlumat toplayıb və silah əldə etdikdən sonra hücumu həyata keçirməyə hazırlaşıb.
Qeyd edək ki, Marqarita Simonyan dəfələrlə Azərbaycan əleyhinə nifrət dolu bəyanatları ilə yadda qalıb. O, Qarabağ məsələsində açıq şəkildə anti-Azərbaycan mövqeyi sərgiləyib və ölkəmizə qarşı qərəzli təbliğat aparıb.
Xatırladaq ki, onun həyat yoldaşı, “Russia Today” telekanalının əməkdaşı Tiqran Kesoyan bir müddət əvvəl ağır xəstəlik səbəbindən komaya düşərək həyatını itirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:14 / 21.10.2025
50 min dollar müqabilində Marqarita Simonyanı öldürmək istəyiblər?
Hazırda oxunan: 50 min dollar müqabilində Marqarita Simonyanı öldürmək istəyiblər?
Hazırda oxunan: 50 min dollar müqabilində Marqarita Simonyanı öldürmək istəyiblər?
576358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.