İddiaya görə, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı yaşlı qadına və onun nəvəsinə zərbə endirib və hadisə yerindən qaçmağa cəhd etsə də, saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Mnoqonatsional” Telegram kanalı yazın.
Mənbə qeyd edir ki, insident Bebel küçəsindəki binanın həyətində baş verib. Münaqişə parklanmış avtomobilə görə yaranıb.
Kişi elə zənn edib ki, yaşlı qadın və onun nəvəsi onun maşını cızıb. Mübahisə zamanı o, hər ikisinə zərbə endirib.
“Mnoqonatsional” kanalı bu məlumatı yayımladıqdan sonra şübhəli şəxs Yekaterinburqu tərk edib Azərbaycana getməyə cəhd göstərib, lakin polis tərəfindən saxlanılıb.
Bildirilib ki, tutulan şəxs Azərbaycan sakini Elgün Muslümovdur. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:04 / 21.10.2025
Yekaterinburqda daha bir azərbaycanlı TUTULDU – VİDEO
Hazırda oxunan: Yekaterinburqda daha bir azərbaycanlı TUTULDU – VİDEO
Hazırda oxunan: Yekaterinburqda daha bir azərbaycanlı TUTULDU – VİDEO
576355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.