Zelenski: “Rusiya heç bir ərazini hədiyyə almayacaq”

Zelenski: “Rusiya heç bir ərazini hədiyyə almayacaq”

Hazırda oxunan: Zelenski: “Rusiya heç bir ərazini hədiyyə almayacaq”

576116

“Rusiya heç bir ərazini hədiyyə almayacaq, Ukrayna və onun müttəfiqləri ədalətli sülhə nail olmaq üçün bu ölkəyə təzyiqləri artıracaq”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O deyib ki, indi Avropa ilə bağlı uzunmüddətli əməkdaşlığa və nəzərəçarpacaq nəticələrə ehtiyac var.

"Demək olar ki, hər gün Avropa liderləri ilə ünsiyyətdə oluram. Bizim Avropa ilə Rusiyaya düzgün təzyiqlə bağlı ortaq mövqeyimiz var.

Biz təcavüzkara heç nə verməyəcəyik və heç nəyi unutmayacağıq.
 

Biz Rusiyanın uzunmüddətli təhlükə olduğunu açıq şəkildə görürük", - deyə Zelenski vurğulayıb.


Qeyd edək ki, bu bəyanat Amerika Birləşmiş Ştatları mətbuatında Rusiya Prezidenti Vladimir Putinin Ukraynada ərazi güzəştlərinə getməyə hazır olması iddiası ilə bağlı yayılan xəbərlər fonunda verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO