Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff cümə günü Ağ Evdə keçirilən görüş zamanı Ukrayna nümayəndə heyətinə Donetsk vilayətinin Rusiya nəzarətinə verilməsi məsələsində təzyiq göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə WSJ nəşri yazıb.
Məqalədə bildirilir ki, xüsusi nümayəndə bu mövqeyini “regionun əsasən rusdilli olması” ilə əsaslandırıb.
ABŞ-ın Avropa üzrə sabiq dövlət katibi köməkçisi Daniel Frid isə bildirib ki, Tramp administrasiyası Rusiya ilə danışıqlara hazırlıq fonunda Ukraynaya təzyiqi artırıb.
Onun sözlərinə görə, ABŞ-ın həm iqtisadi, həm də hərbi baxımdan Rusiyaya təzyiqi gücləndirmək üçün vasitələri var, lakin nədənsə bu alətlərdən istifadə olunmur.
Bizim.Media