İspaniyada 137 illik fəaliyyəti ərzində sənət və ədəbiyyatın mərkəzi olmuş "Gijón" kafesi bağlanır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Bild" nəşri yayıb.
Məlumatda bildirilir ki, kafe Pablo Pikasso, aktrisa Sofiya Loren və yazıçı Ernest Heminquey də daxil olmaqla bir çox məşhurları qarşılayıb.
"Bu köhnə kafe sadəcə fincan və masalardan ibarət deyildi. Bura incəsənət, ədəbiyyat və siyasət yeri idi. Kafenin qapısından daxil olanlar başqa bir dünyaya qədəm qoyurdu. Burada yazıçılar, rəssamlar, siyasətçilər, filosoflar, toreadorlar, Hollivud ulduzları və turistlər otururdu", - deyə nəşr yazır.
Qeyd edək ki, "Gran Café de Gijón" 1888-ci ildə klassik üslubda, mərmər masalar, güzgülər və qırmızı mərmər pərdə ilə açılıb. Zamanla kafe Madridin yaradıcı elitası arasında məşhurlaşıb.
Lakin heç nə əbədi deyil. İspaniyanın "Cappuccino" kafelər şəbəkəsi kafeni satın alıb və oranı 2026-cı ilin əvvəlində yeni adla açmağı planlaşdırır. İnteryer modernləşdiriləcək və bu, kafedəki tarixi atmosferi itirə bilər, baxmayaraq ki, yeni sahiblər onun ruhunu qoruyacaqlarını vəd edirlər. (Musavat.com)
Bizim.Media