“Zelenski Tramp ilə görüşdə qarşıya qoyulan hədəflərə çata bilməyib”.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.
Onun sözlərinə görə, Vaşinqtondakı danışıqlar Ukraynaya bütün istiqamətlərdə Avropa yardımının gücləndirilməsinin zəruriliyini göstərdi. Merts vurğulayıb ki, müharibəni yalnız o halda bitirmək mümkündür ki, Ukrayna hərbi baxımdan kifayət qədər güclü olsun.
Kanslerin fikrincə, Ukraynanın təslim olması nəzərdən keçirilmir, çünki belə bir halda Rusiya iştahını cilovlamayacaq və başqa bir Avropa ölkəsinə hücum edə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:32 / 18.10.2025
Kansler: “Zelenski Trampla görüşdə qarşıya qoyulan hədəflərə çata bilmədi”
Hazırda oxunan: Kansler: “Zelenski Trampla görüşdə qarşıya qoyulan hədəflərə çata bilmədi”
Hazırda oxunan: Kansler: “Zelenski Trampla görüşdə qarşıya qoyulan hədəflərə çata bilmədi”
576005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.