Beynəlxalq Valyuta Fondundan Ukraynaya qarşı təzyiqlər BAŞLADI

Beynəlxalq Valyuta Fondundan Ukraynaya qarşı təzyiqlər BAŞLADI

Hazırda oxunan: Beynəlxalq Valyuta Fondundan Ukraynaya qarşı təzyiqlər BAŞLADI

575909

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın Milli Bankına təzyiq göstərərək, dövlət maliyyəsini möhkəmləndirmək məqsədilə qrivnanın dəyərinin azaldılmasını istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Sözügedən məsələ tərəflər arasında 8 milyard dollar dəyərində olan kredit paketi üzrə danışıqlardan əvvəl gündəmə gətirilib.

Agentliyin məlumatına görə, BVF tədrici devalvasiyanın milli valyutada ifadə olunan büdcə gəlirlərini artıracağı qənaətindədir.
 

Kiyevdə isə bu təklif ehtiyatla qarşılanır. Milli Bank inflyasiyanın yüksələcəyindən və ictimai narazılıqdan narahatdır.


Rəsmi qurumlar xatırladır ki, Ukrayna artıq beynəlxalq maliyyə yardımından ciddi şəkildə asılı vəziyyətdədir və valyutanın dəyərdən düşməsi həm iqtisadi etimada, həm də davam edən müharibə fonunda siyasi sabitliyə zərbə vura bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO