“Putin mənə nifrət edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
O, Rusiya lideri Vladimir Putinlə münasibətləri barədə sərt açıqlama verib.
Zelenski Putinə qarşı münasibətinin dəyişmədiyini qeyd edib:
“Putin mənə nifrət edir. Onların bizim hamımızı öldürməyə çalışdığı bir şəraitdə mənim ona fərqli münasibət göstərməyim qəribə olardı. Mənim də ona münasibətim eynidir”.
Bizim.Media