ABŞ-ın Kolumbiyadakı səfirliyinə HÜCUM – Yaralananlar var – VİDEO

ABŞ-ın Kolumbiyadakı səfirliyinə HÜCUM – Yaralananlar var – VİDEO

Hazırda oxunan: ABŞ-ın Kolumbiyadakı səfirliyinə HÜCUM – Yaralananlar var – VİDEO

575902

Kolumbiyanın paytaxtı Boqotada etirazçılar ABŞ səfirliyinə hücum edərək dörd polis əməkdaşını yaralayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə şəhər meri Karlos Fernando Qalan "X" sosial şəbəkəsində paylaşım edib.

"Mən polisə ABŞ səfirliyi yaxınlığında, bəziləri kapüşonlu olan cinayətkarların yanğın törədən cihazlar, partlayıcı maddələr və oxlardan istifadə edərək səfirliyə hücum etdiyi vəziyyətə müdaxilə etməyi tapşırdım. Dörd polis əməkdaşının üz, ayaq və qol nahiyələrindən yaralanıb", - deyə şəhər rəhbəri yazıb.
 

Ölkə Prezidenti Qustavo Petro ABŞ diplomatik missiyasına maksimum mühafizənin təmin edilməsi üçün göstəriş verdiyini qeyd edib.


"Mən söz verdiyim kimi, səfirlik mühafizə olundu. Kolumbiya beynəlxalq müqavilələrə əməl edir", - ölkə liderinin bəyanatında deyilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO