Finlandiya 50 min sığınacaq inşa etdi - Bütün əhalisini qoruyacaq – FOTO

Finlandiya 50 min sığınacaq inşa etdi - Bütün əhalisini qoruyacaq – FOTO

Hazırda oxunan: Finlandiya 50 min sığınacaq inşa etdi - Bütün əhalisini qoruyacaq – FOTO

575458

Finlandiya 50 min sığınacaq (bunker) inşa edib və onlar demək olar ki, ölkə əhalisinin hamısını qorumağa qadirdir.

Bizim.Media xəbər verir ki, bu barədə Bild qəzeti yazıb.

Mənbə qeyd edir ki, 1939–1940-cı illərin Qış müharibəsindən sonra Finlandiya sığınacaq tikintisini davam etdirib və hazırda ölkədə 50,5 min bunker mövcuddur. Bu sığınacaqlar 5,5 milyon əhalidən 4,8 milyonunu eyni anda yerləşdirə bilər.
 

Müqayisə üçün, Almaniyada belə sığınacaqlarda cəmi 480 min nəfər üçün yer var. Bu isə hər 174 nəfərə bir yer deməkdir.


Finlandiyada sığınacaqlar yer səthindən 20 metr dərinlikdə yerləşir. Helsinkidəki bir sığınacaqda fitnes mərkəzi, uşaq meydançası, hokkey arenası və hətta yeraltı avtodayanacaq da var.
 

Sığınacaq nəzarətçisi Tomi Raskinin sözlərinə görə, orada yalnız bir şey yoxdur — ərzaq anbarı. Çünki hər bir Finlandiya vətəndaşı fövqəladə vəziyyət zamanı özü ilə 72 saatlıq yemək ehtiyatı, fənər, yataq torbası, turist döşəyi, kitablar, kağız və qələm götürməlidir.


“Burada, yerin altında söhbət həqiqi mənada sadəcə sağ qalmaqdan gedir,” – deyə Raski bildirib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO