Tokayev Vahid Ələkbərovla görüşdü

Tokayev Vahid Ələkbərovla görüşdü

Hazırda oxunan: Tokayev Vahid Ələkbərovla görüşdü

575251

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Lukoil” şirkətinin qurucusu, azərbaycanlı iş adamı Vahid Ələkbərovla görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı “Lukoil” şirkətinin Qazaxıstandakı fəaliyyəti, o cümlədən “Kalamkas-dəniz” və “Xəzər” yataqlarının işlənməsi layihələri müzakirə olunub.

Tokayev, “Lukoil”un Qazaxıstanda 30 illik fəaliyyətini qeyd edərək Ələkbərovu bu yubiley münasibətilə təbrik edib və ölkənin enerji sektorunun inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1 sentyabr 1950-ci ildə Bakıda anadan olan Vahid Ələkbərov əslən azərbaycanlıdır və postsovet məkanında ən nüfuzlu neft sənayesi liderlərindən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO