Ərdoğan: “Tramp Qəzza zolağında atəşkəs rejiminin əsas müşahidəçisi olacaq”

Ərdoğan: “Tramp Qəzza zolağında atəşkəs rejiminin əsas müşahidəçisi olacaq”

Hazırda oxunan: Ərdoğan: “Tramp Qəzza zolağında atəşkəs rejiminin əsas müşahidəçisi olacaq”

575246

Amerika lideri Donald Tramp Qəzza zolağında atəşkəs rejiminin həyata keçirilməsinin əsas müşahidəçisi olacaq.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Tramp telefon əlaqələrini saxlamağı və “telefon diplomatiyasına” laqeyd yanaşmamağı təklif edib.
 

«Gördüyünüz kimi, İsrailin atəşkəs rejimini pozmaqla bağlı çox yaxşı reputasiyası yoxdur. Bu vəziyyət bizi daha ehtiyatlı və dəqiq davranmağa məcbur edir. Türkiyə, ABŞ və digər ölkələr bu atəşkəsi dəstəkləməkdə qərarlıdırlar. İsrail də anlayır ki, əgər o yenidən soyqırımı həyata keçirməyə başlasa, cavabı ağır olacaq», — əlavə edib.


Ərdoğan həmçinin qeyd edib ki, Qəzza məsələsi üzrə «əməliyyat qrupunun» funksiyaları və orada Türkiyə Ordusunun iştirakı məsələsi müzakirə mərhələsindədir. O, İsrail və HƏMAS arasında əldə olunmuş razılaşmaları Fələstin problemini həll edən sənəd kimi qəbul etməyin yanlış olacağını vurğulayıb: «Bu razılaşma mahiyyəti etibarilə atəşkəsə dair razılaşmadır. Bizim fikrimizcə, Fələstin probleminin yeganə həlli 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən vahid bir Fələstin dövlətinin yaradılmasıdır», — deyə Prezident əlavə edib və Türkiyənin bu məqsədə qətiyyətlə nail olmaq üçün çalışacağını vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO