BMT-nin Baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəs rejiminin davam etdirilməsinə dair imzalanan sazişi alqışlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı BMT bəyanat yayıb.
Quterreş Qətər, Misir, ABŞ və Türkiyə hökumətlərinə davamlı vasitəçilik səylərinə görə təşəkkür edib.
“Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları Qəzzada əməliyyatları sürətlə genişləndirir.
BMT agentlikləri aylarla əlaqəsi kəsilmiş ərazilərdəki icmalara yardımlar çatdırır. Baş katib bütün tərəfləri atəşkəsi möhkəmləndirməyə və onu davamlı sülhə çevirməyə çağırır”,- deyə bəyanatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:36 / 13.10.2025
BMT Qəzzada atəşkəs rejimi ilə bağlı razılaşmanı ALQIŞLADI
Hazırda oxunan: BMT Qəzzada atəşkəs rejimi ilə bağlı razılaşmanı ALQIŞLADI
Hazırda oxunan: BMT Qəzzada atəşkəs rejimi ilə bağlı razılaşmanı ALQIŞLADI
575114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.