"Apple" bu həftə yeni cihazlarını təqdim edəcək

"Apple" bu həftə yeni cihazlarını təqdim edəcək

Hazırda oxunan: "Apple" bu həftə yeni cihazlarını təqdim edəcək

575059

“Apple” korporasiyası bu həftə bir sıra yeni məhsullarını təqdim edəcək.

Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, IT nəhəngi M5 çipseti ilə çalışan azı iki qadjetinin buraxılacağını elan edib. Söhbət “iPad Pro” tabletindən və “Vision Pro” əlavə reallıq şlemindən gedir.

Təqdimatın qarşıdakı günlərdə baş tutacağı qeyd olunur.
 

Korporasiyanın eyni zamanda, “M5” prosessoru əsasında yeni “MacBook Pro” təqdim edəcəyi gözlənilir. Bununla belə, “Apple” yeni cihazlar üçün ayrıca təqdimat mərasimi keçirəcəyi istisna edilir.


IT eksperti Mark Qurmanın fikrincə, şirkət sadəcə rəsmi saytını yeniləyərək, ora yeni qadjetləri və onlarla bağlı press-relizləri əlavə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO