Rusiya Ukraynaya hücum etsə, Türkiyə NATO ölkəsi kimi çıxış edəcəkmi? - ƏRDOĞANDAN AÇIQLAMA

Hazırda oxunan: Rusiya Ukraynaya hücum etsə, Türkiyə NATO ölkəsi kimi çıxış edəcəkmi? - ƏRDOĞANDAN AÇIQLAMA

57378

Rusiyanın Ukraynaya müdaxiləsi halında Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

Ərdoğan Türkiyənin hansı addımları atmağa hazır olduğunu və Şimali Atlantika Alyansının üzvü kimi hansı öhdəlikləri götürdüyünü açıqlamayıb.

"İndi biz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaq istəyirik. Rusiya və Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Lakin Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək", - Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. 

“Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozan addımlarına, xüsusilə Krımın ilhaqına qarşı açıq mövqe tutmuşuq”, - deyə Ərdoğan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO