NATO: "Rusiya bu ölkələrdən qüvvələrini dərhal çıxarmalıdır"

Hazırda oxunan: NATO: "Rusiya bu ölkələrdən qüvvələrini dərhal çıxarmalıdır"

57311

NATO Baş katibi Yens Stoltenberq Rusiyanın yazılı təhlükəsizlik zəmanəti tələbinə Alyansın cavab verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, Brüsseldə keçirdiyi mətbuat konfransında Rusiyanın NATO ilə diplomatik əlaqələri kəsməsinin müzakirələri çətinləşdirdiyini deyib.

“Biz həmçinin şəffaflığı təşviq etmək və riskləri azaltmaq üçün mövcud hərbi kommunikasiya kanallarımızdan tam istifadə etməliyik”, - deyə Y.Stoltenberq vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

NATO Rusiyaya cavab verdi: Saat 21:00-da başlayacaq...


Baş katib qeyd edib ki, NATO Ukrayna da daxil olmaqla Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahalıqlarını dinləməyə hazırdır, lakin Rusiya müttəfiq ölkələrə və bütün xalqlara yönəltdiyi aqressiv və pisniyyətli fəaliyyətlərdən çəkinməlidir.

“Rusiya həmçinin ölkələrin icazəsi olmadan yerləşdirdiyi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. Bütün tərəflər Normandiya formatı da daxil olmaqla münaqişələrin konstruktiv şəkildə həlli ilə bağlı səylərdə iştirak etməldirlər”, - deyə Y. Stoltenberq bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO