ABŞ Dövlət Departamenti Amerikanın Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etmək əmri verib, həmçinin diplomatik nümayəndəliyin əməkdaşlarının bir hissəsinə də getmək üçün icazə verilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bazar günü dərc olunmuş bəyanatında deyilir.
“Dövlət Departamenti fövqəladə hallarla bağlı olmayan tapşırıqları yerinə yetirən ABŞ dövlət işçilərinin könüllü şəkildə ölkədən getməsinə icazə verib. Eyni zamanda, Dövlət Departamenti ABŞ dövlət qulluqçularının ailə üzvlərinə Amerikanın Kiyevdəki səfirliyini tərk etməyi əmr edib”, - deyə xarici siyasət idarəsinin nümayəndəsi bildirib.
Brifinqdə aydınlıq gətirilib ki, qərar “səfirlikdə olan ABŞ dövlət işçilərinin ailə üzvlərinin hamısına” şamil edilir.
“Gediş icazəsi sözügedən səfirliyin əməkdaşlarına, istədikləri halda, tərk etmək imkanı verir, onlardan getmək tələb olunmur. Bununla belə, ailə üzvlərinin ölkəni tərk etməsi tələb kimi qoyulub”, - deyə idarənin əməkdaşı bildirib.
Brifinqdə sözügedən işçilərin və ailə üzvlərinin sayı dəqiqləşdirilməyib.
Xarici siyasət sözçüsü bildirib ki, ABŞ rəsmiləri öz vətəndaşlarına “Rusiyanın hərbi əməliyyatları təhlükəsinin artması” səbəbindən Ukraynaya getməməyi tövsiyə edib. Dövlət Departamentinin bəyanatında deyilir:
"ABŞ vətəndaşları kommersiya uçuşlarından və ya şəxsi nəqliyyatın digər formalarından istifadə edərək ölkəni tərk etməyi düşünməlidirlər".
ABŞ hakimiyyəti əvvəllər amerikalılara Ukraynaya səfər etməməyi tövsiyə etmişdi, o cümlədən ölkədə yeni koronavirusun yayılması ilə əlaqədar.
Brifinqdə səslənən versiyaya görə, “bu qərarlar Rusiyanın ölkədə sabitliyi pozmaq cəhdləri ilə bağlı ehtiyat tədbiri kimi qəbul edilib”. Dövlət Departamentinin nümayəndələri qeyd ediblər ki, Ukraynadakı amerikalıların dəqiq sayını deyə bilməyəcəklər, çünki onlardan ölkəyə səfərləri barədə ABŞ hakimiyyətini xəbərdar etmək tələb olunmur.
Brifinqin aparıcısı Ukraynadakı bütün ABŞ vətəndaşlarına əlaqə saxlamağı asanlaşdırmaq üçün onlara xüsusi elektron forma doldurmağı tövsiyə edib.
Brifinqdə ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətini davam etdirəcəyi açıqlanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:45 / 24.01.2022
Dövlət Departamenti Kiyevdəki səfirliyin əməkdaşlarının ailələrinə Ukraynanı tərk etməyi əmr etdi
Hazırda oxunan: Dövlət Departamenti Kiyevdəki səfirliyin əməkdaşlarının ailələrinə Ukraynanı tərk etməyi əmr etdi
Hazırda oxunan: Dövlət Departamenti Kiyevdəki səfirliyin əməkdaşlarının ailələrinə Ukraynanı tərk etməyi əmr etdi
56815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.