Məşhur cütlüyün qızından çılpaq selfi -  FOTO

Məşhur cütlüyün qızından çılpaq selfi - FOTO

Hazırda oxunan: Məşhur cütlüyün qızından çılpaq selfi - FOTO

56266
Dünya şöhrətli kinoulduzlar Brüs Uillis və Demi Murun kiçik qızları valideynlərini yeni fotoları ilə "sevindirib". ANS PRESS-in məlumatına görə, narkotik və spirtli içkilərə asılılıqdan qurtulmaq üçün yerləşdirildiyi reabilitasiya mərkəzindən yeni çıxan Tallula Uillis Instagram səhifəsində çılpaq fotosunu paylaşıb. 

20 yaşlı Tallula bu yaxınlarda 23 yaşlı bacısı Skautla birlikdə soyunaraq su dolu vannanın içində oturub çəkdirdikləri fotonu da sosial şəbəkədə paylaşmışdı. Cütlüyün kiçik qızı dünən çılpaq "selfi"sini ictimaiyyətlə paylaşmaqla onlara növbəti "hədiyyəsini" edib.

Kiçik Uillis vanna otağındakı güzgünün qabağında çılpaq dayanaraq özünü çəkib. Başında Mikki Maus papağı olan 20 yaşlı qız sinəsini əli ilə gizlədib. 

Xatırladaq ki, Tallula ilk dəfə 17 yaşında spirtli içki qəbul etdiyi üçün həbs edilmişdi. 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO