Qabriel Qarsia Markesin nikahdan kənar qızı TAPILDI – İndiranın 30 yaşı var...

Hazırda oxunan: Qabriel Qarsia Markesin nikahdan kənar qızı TAPILDI – İndiranın 30 yaşı var...

56005

Yazıçının bioqrafı Dasso Saldivar araşdırma aparıb və məlum olub ki, Qabriel Qarsia Markesin meksikalı yazıçı-jurnalist Susanna Katodan qeyri-qanuni qızı var. 

Bizim.Media xəbər verir ki, bu barədə "Говорит Москва" yazıb. 

Markesin qızına Hindistanın keçmiş baş naziri İndira Qandinin şərəfinə İndira adı verilib.

Markes onunla yaxından əlaqə saxlayıb. Nobel mükafatı laureatının qeyri-qanuni qızının hazırda təxminən 30 yaşı var və o, anasının soyadını daşıyır. Markesin yaxınları bu məlumatı təsdiqləyiblər. Onlar yazıçının dul arvadına hörmətdən dolayı bunu sirr saxlayırdılar.

Qabriel Qarsia Markes 50 ildən çox Mersedes Barça ilə evli olub. Onların iki oğlu olub. 2020-ci ilin avqustunda Mersedes vəfat edib. 
2019-cu ildə kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” adlı kult romanının serial kimi çəkiləcəyi məlum olub. Filmin ekranlaşdırılması hüququnu “Netflix” alıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO