Ukrayna baş nazirinin müavini kanadalı nazirlə Kiyevə hərbi yardımı müzakirə etdi

Hazırda oxunan: Ukrayna baş nazirinin müavini kanadalı nazirlə Kiyevə hərbi yardımı müzakirə etdi

55999

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina Kanadanın xarici işlər naziri Melani Joli ilə Kiyevə hərbi yardımın göstərilməsini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “russian.rt.com” nəşri yayıb.

"Olqa Stefanişina Kanadanın xarici işlər naziri Melani Joli ilə Ukraynaya hərbi yardımın gücləndirilməsini müzakirə edib", - Ukrayna Nazirlər Kabinetinin saytında yerləşdirilən mesajda deyilir.

Tərəflər, həmçinin Ukraynanın Avro-Atlantik istəklərinin (NATO-ya üzv olmaq nəzərdə tutulur) dəstəklənməsi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq mövzularına da toxunublar.

Bundan əvvəl ölkədə vəziyyətin gərginləşməsi fonunda Kanada xüsusi təyinatlılarının kiçik kontingentinin Ukraynaya göndərildiyi bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO