ABŞ dövlət katibi təcili Kiyevə gələcək - Rusiyanın hərbi gücündən qorxuya düşüblər?

Hazırda oxunan: ABŞ dövlət katibi təcili Kiyevə gələcək - Rusiyanın hərbi gücündən qorxuya düşüblər?

55994

ABŞ dövlət katibi Entoni Blinken bu həftə Ukraynaya səfər edəcək və prezident Vladimir Zelenski ilə görüşəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “AP” agentliyi yayıb.

Blinken Kiyevə tələsik təşkil olunmuş səfər çərçivəsində “ABŞ-ın Moskva ilə Qərb arasında keçən həftə Avropada aparılmış nəticəsiz diplomatik danışıqların Ukrayna və digər təhlükəsizlik məsələləri ilə bağlı ciddi fikir ayrılıqlarını həll edə bilməməsindən sonra dəstəyini” göstərmək üçün gələcək”, - agentlik bildirib.

Dövlət Departamentinin bəyanatında deyilir:

"Blinkenin səfəri və məsləhətləşmələri Rusiyanın hərbi güclənməsi və Ukraynaya qarşı davam edən təcavüzü nəticəsində yaranan gərginliyi azaltmaq üçün diplomatik səylərin bir hissəsidir".

Kiyevdən Blinken Berlinə gedəcək və burada Almaniya, Britaniya və Fransa həmkarları ilə görüşərək “Rusiyanın istənilən hərbi əməliyyatına” mümkün cavabı müzakirə edəcək.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Kiyev səfəri çərçivəsində Blinken “ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini gücləndirmək üçün” Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO