Mixail Qorbaçov 11 yaşında faşistlərə necə qulluq edib? - MƏXFİ MATERİALLAR

Hazırda oxunan: Mixail Qorbaçov 11 yaşında faşistlərə necə qulluq edib? - MƏXFİ MATERİALLAR

55959

Əvvəlcə bildirək ki, Mixail Qorbaçov 1931-ci ildə Stavropolda doğulub.

Bizim.Media xəbər verir ki, kəndli ailəsində doğulan 20 Yanvar qatilinin uşaqlıq illəri II Dünya Müharibəsi dövrünü əhatə edib.
 

MÖVZU İLƏ BAĞLI:

20 Yanvar faciəsinin müəllifi Qorbaçov: “Əminəm ki, biz düzgün siyasi xətdəydik”


Nobel Sülh mükafatına layiq görülən SSRİ-nin ən uğursuz və qaniçən rəhbərlərindən biri olan Qorbaçovun bütün biabırçılıq və xainliklərini təqdim edirik:

1942-ci ildə Qorbaçovun 11 yaşı olarkən o, alman əsgərləri üçün qaz tükü yolur və faşistləri çimizdirmək məqsədilə su daşıyırdı. Fristlərin qulluğunda xüsusi can-fəşanlıqla duran balaca Mişanın kənddən qaçmaq imkanları olsa da bu iş onun xoşuna gəlib və əvəzində fristlərdən şokalad, sabun, “duşonka” mükafatları alırdı. Faşistlər kəndi tərk edənə qədər o, öz fəaliyyətindən əl çəkməyib.

Anası bütün bu faktları memuar xarakterli kitablarda açıqlasa da, Qorbaçovun özü danmağa çalışıb və bunu tarixin səhifələrindən silməyə cəhd edib. 

1982-ci ildə SSRİ rəhbərliyinə əsas namizədlərdən bəzilərinin müəmmalı ölümü Qorbaçovun yolunu açıb.

NATO-nun postsovet məkanında genişlənməyəcəyi xəbəri ilə rusları aldadıb. Qorbaçov da almanların “ZDF” telekanalına müsahibəsində NATO-nun belə bir vəd verdiyini təkzib edib.
 

Qorbaçovun Rusiyadakı ləqəbi “ən yaxşı nemes”dir. Əlavə edək ki, Qorbaçovun 20 Yanvar kimi cinayətləri var.


Bundan başqa Qarabağ münaqişəsi və erməni işğalının başlanmasına ilk səbəb də, məhz onun “qərarları”, daşnaklarla yaxın olmasıdır. Qorbaçovun erməni sevgisini müxtəlif versiyalarla izah etmək olar. Onun dünyasını dəyişmiş Raisa Qorbaçovanın ermənilərdən külli miqdarda rüşvət, brilyan-qızıl alması faktları da mövcuddur. 

Qeyd edək ki, məlumatlar "back-in-ussr.com" saytından əldə olunub. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO