Avstraliya məhkəməsi Novak Cokoviçin vizasını ləğv etdi – ölkədən çıxarılır

Hazırda oxunan: Avstraliya məhkəməsi Novak Cokoviçin vizasını ləğv etdi – ölkədən çıxarılır

55616

Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib.

Bizim.Media xarici KİV-ə istinadlar xəbər verir ki, məhkəmə Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.

Onun yaxın saatlarda Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.

Bununla da Novak Cokoviç “Australian Open” turnirində iştirak edə bilməyəcək.

Xatırladaq ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub.

Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO