Lavrov Türkiyə-Ermənistan dialoqu və Moskva görüşünün DETALLARINI açıqladı

Hazırda oxunan: Lavrov Türkiyə-Ermənistan dialoqu və Moskva görüşünün DETALLARINI açıqladı

55377

“Moskva Ankara və İrəvana birbaşa dialoq qurmağa kömək edir və bunun uğurlu olacağına ümid edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O əlavə edib ki, Türkiyə və Ermənistan tənzimləmə məsələləri üzrə öz xüsusi nümayəndələrini təyin ediblər.

“Rusiya belə bir razılaşmanın əldə olunmasına kömək etdi və biz çox şadıq ki, bu gün ilk görüş Moskvada keçirilir. Bizim rolumuz birbaşa dialoqun qurulmasına kömək etməkdir. Ümid edirəm ki, uğurlu olacaq”.

Qeyd edək ki, Ermənistan və Türkiyənin nizamlanma məsələləri üzrə xüsusi nümayəndələr 2021-ci ildə təyin edib.
Xüsusi nümayəndələr Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç və Ermənistan parlamentin sədr müavini Ruben Rubinyandır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO