“Poroşenko həbs olunacaq” – Ali Radanın keçmiş deputatı

Hazırda oxunan: “Poroşenko həbs olunacaq” – Ali Radanın keçmiş deputatı

55014

“Dövlət Sərhəd Xidməti Ukraynanın beşinci prezidenti Pyotr Poroşenkonu Ukraynaya gələn kimi dərhal saxlamağa hazırlaşır”. 

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş deputatı İqor Mosiyçuk deyib.

Onun sözlərinə görə, Kiyev Poroşenkonun yanvarın 17-də Ukraynaya uçacağı reysini artıq bilir.

“Dövlət Sərhəd Xidmətinin bazasından alınan məlumatlar onu göstərir ki, Pyotr Poroşenko yanvarın 17-də səhər saat 9.10-da W61567 Varşava-Kiyev reysi ilə Ukraynaya gələcək”, - deyə Mosiyçuk yazıb.

O, həmçinin əlavə edib ki, sərhədçilərin Pyotr Poroşenkonun saxlanılması barədə göstərişləri var.

"Soyadın qarşısında bir qeyd var: "HƏBS", deyə Mosiyçuk yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO